SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Oqtay Şirəliyevin 4 min manatı yoxdurmu ki... - VİDEOGİLEY

Oqtay Şirəliyevin 4 min manatı yoxdurmu ki... - VİDEOGİLEY

Tarix:

23-01-2019, 11:16

/ 1 060 dəfə oxundu.
Oqtay Şirəliyevin 4 min manatı yoxdurmu ki... - VİDEOGİLEY

Nizami rayon sakini, I qrup əlil Şahid Süleymanov 3 il əvvəl Tibb Universitetinin Tədris Klinikasında bel- onurğa yırtığından əməliyyat olunub.

Əməliyyatı uğursuz keçən Şahid Süleymanov elə o vaxtdan yerimə qabiliyyətini itirib. Hazırda da yeriyə bilmir. Doğmalarını vaxtsız itirən Şahid Süleymanov tək yaşayır və illərdir qonşuların, yaxın dostunun köməyinə möhtacdır.

Həkimlərin dediyinə görə, ayağa qalxması üçün ikinci dəfə əməliyyat olunmalıdır. Əməliyyat üçün isə maddi imkanı yoxdur.

Şahid Süleymanov Cebhe TV vasitəsilə imkanlı şəxslərdən kömək istəyib:

Şikayətçi dəfələrlə dövlət qurumlarına müraciət etsə də, problem həll olunmayıb. Məktubu Səhiyyə Nazirliyinə yönləndirilib. Səhiyyə Nazirliyindən isə ona bildirilib ki, əməliyyatı üçün lazım olan 4 min manat büdcədə yoxdur.

Şərhlər

XƏBƏR LENTİ