SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hakim Aygün Abdullayeva SAXTAKARLIQDA İTTİHAM OLUNUR

Hakim Aygün Abdullayeva SAXTAKARLIQDA İTTİHAM OLUNUR

Tarix:

28-12-2018, 11:53

/ 1 603 dəfə oxundu.
Hakim Aygün Abdullayeva SAXTAKARLIQDA İTTİHAM OLUNUR

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sabiq hakimi Aygün Abdulla qızı Abdullayeva 2006-cı il 19 aprel tarixli, 2-501/2006 saylı gizli və saxta qətnamə çıxararkən, sənədləri istədiyi kimi saxtalaşdırmışdır. Müəllif bildirir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin sabiq rəisi polis polkovnik-leytenant İsmayıl Əsədov 10.04.2006-cı il tarixli 9/24-997 saylı arayış ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin sabiq hakimi Aygün Abdullayevaya aşağıdakıları bildirmişdir:

“Hörmətli Aygün xanım.

Sizin 2-501 saylı 29.03.2006-cı il tarixli sorğunuza cavab olaraq bildiririk ki, Nizami rayonu, Qara Qarayev prospekti, ev 108, mənzil 112-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu göstərilən ünvanda yaşamasına maneçilik törədilməsi barədə Nizami RPİ-nin 24-cü PB-nə müraciət etməmişdir”.

Nizami rayon məhkəməsinin sabiq hakimi Aygün Abdullayeva məlum qətnaməsində Nizami RPİ-nin 24-cü PB-nin arayışını aşağıdakı kimi göstərmişdir:

“İşdə olan Nizami RPİ-nin 24-cü PB-nin 10.04.2006-cı il tarixli 9/24-997 saylı arayışından görünür ki, Bakı şəhəri, Q.Qarayev küçəsi, 108 saylı evin 112 saylı mənzilində qeydiyyatda olan Bayramov Yasin Ziyədəli oğlunun həmin ünvanda yaşamasına maneçilik edilməsi barədə müraciət etməmişdir”.

Hakim A.Abdullayeva Nizami RPİ-nin 24-cü PB-nin yuxarıda qeyd edilən fikrini olduğu kimi gizli və saxta qətnaməsində göstərməmişdir. Belə ki, 24-cü Polis bölməsi məni Q.Qarayev pros., ev 108, mənzil 112-də yaşayan kimi göstərir. Lakin hakim A.Abdullayeva gizli və saxta qətnaməsində polis bölməsinin arayışını saxtalaşdıraraq, mənə məxsus mənzilimdə qeydiyyatda olan kimi göstərir.

Hakim A.Abdullayeva anlamır ki, qanunvericiliyə əsasən kiminsə müvəqqəti başqa yerə getməsi həmin şəxsin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

Hüquqi səlahiyyəti olmayan şəxs tərəfindən hazırlanmış və imzalanmış saxta iddia ərizəsində göstərilmişdir ki, guya mən naməlum istiqamətə getmişəm. Saxta iddia ərizəsini qanunvericiliyə əməl etməyərək icraata qəbul etmiş hakim A.Abdullayeva Azərbaycan Respublikasının MPM-nin 314 maddəsinə əsasən, ərizə verildikdən sonra hakimin hərəkətləri aşağıda göstərilən kimi olmalıydı?

Həmin Məcəllənin 314.1-ci maddəsinə əsasən, hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır.

Həmin Məcəllənin 314.2 maddəsinə əsasən hakim ərizəni qəbul etdikdən sonra itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanları) onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər.

Hakim A.Abdullayevanın gizli və saxta qətnaməsinə əsasən, qabaqcadan razılaşmaqla bir qrup cinayətkar mənə məxsus olmuş Nizami rayonu, Q.Qarayev küçəsi, 108 saylı evin 112 saylı mənzilimi 90 000 (doxsan min) ABŞ dolları dəyərində satmışlar.

Nizami rayonun 26 saylı Poliklinika 10.04.2006-cı il tarixli 011 saylı qərarı ilə Nizami rayon məhkəməsinin 2-501 saylı 29.03.2006-cı il tarixli sorğusuna cavab olaraq bildirir ki, Q.Qarayev küçəsi, ev 108, mənzil 102-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu poliklinikaya müraciət etməyib. Poliklinikada ambulator kartası yoxdur. HMK-nin qərarını sədr Məmmədova, üzvləri Məmmədova N. və Əliyeva M. imzalamışlar.

Hakim A.Abdullayeva poliklinikanın qərarını istədiyi kimi saxtalaşdıraraq aşağıdakı kimi göstərmişdir:

“İşdə olan Nizami rayonu 26 saylı poliklinikanın 10.04.2006-cı il tarixli 011 saylı arayışından görünür ki, Bakı şəhəri, Q.Qarayev küçəsi, 108 saylı evin 112 saylı mənzilində qeydiyyatda olan Bayramov Yasin Ziyədəli oğlu poliklinikaya müraciət etməyib. Poliklinikada ambulator kartası yoxdur”.

Poliklinika mənim mənzilimi 102 saylı göstərir. Hakim A.Abdullayeva isə məlum qətnaməsində mənzilimi 112 saylı göstərir.

Mən dekabr 1989-cu ildən yuxarıda qeyd edilən mənzilimdə qeydiyyatda olmuşam. Müxtəlif vaxtlarda ambulator kartıma əsasən Nizami rayon 26 saylı poliklinikadan xəstəliklərimə əsasən xəstəlik vərəqələri almışam. Əvvəllər işlədiyim Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 13.01.1995-ci il tarixli 5 ş nömrəli sərəncamına əsasən, Nizami rayon 26 saylı poliklinikasından 10 (on) iş günü, yəni 16.12-27/12-94 kimi, xəstəlik vərəqəsi seriya 53444 №049515 almışam. Həmin sənəd təsadüfən arxiv materiallarına əlavə edilməyib.

Hakim A.A.Abdullayeva saxta sənədləri istədiyi kimi bir də saxtalaşdıran zaman bilməliydi ki, məhkəmədə olan bütün saxta sənədlərin içərisində aldıqları saxta sorğular qalacaq. Hal-hazırda hakimin gizli və saxta çıxardığı qətnamədə göstərdikləri saxtakarlıqlar müəyyən ediləcək. Dəfələrlə Nizami rayon 26 saylı poliklinikanın Baş həkimi (saxta qərar onun sədrliyi ilə olmuşdur) A.Məmmədova ilə bu məsələ ilə əlaqədar fikir mübadiləsi etmişik. O, mənə bildirdi ki, hakim Sizin ünvanı sorğusunda necə göstərmişdi, bizdə öz qərarımızda elə göstərmişik. Bu məsələdə son sözü hüquq-mühafizə orqanları deyəcək. Ona görə ki, poliklinika heç bir araşdırma aparmadan hakimin saxta sorğusuna saxta qərar vermişdi.

Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Xəyal Sariyevin sorğusuna Nizami rayon 26 saylı poliklinikanın cavabı aşağıdakı kimi olmuşdur:

“Sizin 31.01.2018-ci il tarixli, 2(103)-1049/2018 saylı məktubunuza cavab olaraq bildiririk ki, 10.04.2006-cı il tarixli 011 saylı arayış bizim poliklinika tərəfindən verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavabı 10.02.2018-ci il tarixli 90 nömrəli məktubu ilə Nizami rayon 26 saylı poliklinikanın Baş həkimi A.Məmmədovanın imzası ilə göndərilmişdir”.

Necə olur ki, Nizami rayon 26 saylı poliklinikadan verilən qərar 11 il 9 ay ərzində qalır, lakin mənim ambulator kartım lazım gəldikdə tapılmır. Yəni, mənim ölkədən çıxışım 27.09.2003-cü ildə olduğu halda, 10.04.2006-cı ildə ambulator kartım poliklinikanın qeydiyyat şöbəsindən yoxa çıxarılır?

Hakim A.A.Abdullayeva gizli və saxta çıxardığı qətnaməsində qeyd edir ki, məhkəmə işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Y.Z.Bayramov heç bir üzürlü səbəb olmadan uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır və cavabdehin mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçının bu mənzildən istifadəsinə məhdudiyyət yaradır, əlavə kommunal xərclər yaradır.

Mənim qeyd etdiyim məsələ ilə əlaqədar araşdırmalarım əsas verir ki, hakim A.A.Abdullayevanın yuxarıda göstərdikləri əsassız fikirlər tamamilə yalandır. Bu məsələni onun özü də bilməmiş deyil. Çünki, özü öz əməllərini yaxşı bilir.

Məhkəmədə olan bütün sənədlərin saxta olmasını mən “Hürriyyət” qəzet vasitəsi 20.12.2018-ci il tarixində də müəyyən qədər bildirmişəm. İndi də əlavə olaraq bildirirəm. Hakim gizli və saxta qətnaməsində göstərir ki, mən heç bir üzürlü səbəb olmadan mübahisəli mənzildə yaşamıram. Mən xarici ölkəyə gedəndə kimdən icazə almalıydım ki, mən ölkədən çıxışım üzürlü olsun. Və yaxud mənə məxsus mənzilim kimnən mübahisəli olub? Mənim guya mübahisəli mənzildə pasport qeydiyyatında qalmağım iddiaçıının bu mənzildən istifadəsinə məhdudiy­yət yaradır, əlavə kommunal xərclər yaradır. Əgər iddiaçılar və yaxud iddiaçı yoxdursa, hakimin müəmmalı qətnaməsi nəyə lazımdı. Mənzilimin kommunal xərclərini daimi mən ödəmişəm.

Hakim A.Abdullayeva mənə məxsus mənzilimdən istifadə hüququmun itirilməsinə əsasən gizli və saxta qətnamə çıxarmışdır. Mən uzun müddət RF-dan vətənə gələ bilmədim. Çünki mən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bazasından (qeydiyyatdan) çıxarılmışdım.

Vətənə qayıtmaq üçün RF-da fəaliyyət göstərən Səfirliyimiz və konsulluğumuz mənə vətənə qayıtmaq haqqında Vəkalətnamə ilə təmin etmirdi. Həmyerlimizin vasitəsi ilə çox çətinliklə Ekaterinburq şəhərində fəaliyyət göstərən konsulluğumuzdan 19.07.2017-ci il tarixində vətənə qayıtmaq haqqında AA011879 nömrəli şəhadətnamə aldım. Həmin şəhadətnamə ilə vətənə qayıda bildim.

Hal-hazırda hakim A.A.Abdullayevanın hüquqi sənədlə təsdiq olunmuş gizli və saxta qətnaməsi Azərbaycan Respublikası Prezident Administrasiyasında, Məhkəmə-Hüquq Şurasında, Ədliyyə Nazirliyində və Bakı Apellyasiya Məhkəməsində sübut olunub. Mövcud olan qanunlara əsasən, hakim A.Abdullayeva müəmmalı və neqativ hərəkətlərinə görə layiqli cəzasını alacaq”.

Şərhlər

XƏBƏR LENTİ