SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dərmanlarla bağlı dəyişiklik edilib

Dərmanlarla bağlı dəyişiklik edilib

Tarix:

6-03-2017, 22:05

/ 1 667 dəfə oxundu.
Dərmanlarla bağlı dəyişiklik edilib

“Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli Qərarında dəyişikliklər edilib.

xalqxeber.az Tarif Şurasına istinadən xəbər verir ki, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması, konkretləşdirmə və praktikada anlaşılmazlıqların aradan qaldırılması məqsədilə yenidən dövlət qeydiyyatına alınmaq üçün ixtisaslaşdırılmış ekspertiza və qeydiyyat sənədlərində edilmiş dəyişikliklərin qeydiyyata alınması üçün ekspertizaya görə hər əlavə doza və qablaşdırma üçün tariflər təsdiq edilib.

Göstərilənlərlə yanaşı iclasda, qanunvericiliyin təkmilləşdirilməsi, habelə, yeni məzənnə rejimi şəraitində dərman vasitələrinin etibarlı təchizatının təmin edilməsi baxımından daha çevik qiymət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 20 dekabr tarixli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a dəyişikliklər edilib.

Şərhlər

XƏBƏR LENTİ