SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Usubov icra başçısıyla vətəndaşın məhkəmə işini nəzarətə götürdü

Usubov icra başçısıyla vətəndaşın məhkəmə işini nəzarətə götürdü

Tarix:

17-10-2018, 21:56

/ 1 378 dəfə oxundu.
Usubov icra başçısıyla vətəndaşın məhkəmə işini nəzarətə götürdü

Bu gün Xəzər Rayon Məhkəməsində rayon icra başçısı Gülağa İslamovun həyətində 300 it saxlayan Eldar Mansurova qarşı iddiasına növbəti dəfə baxılıb.

Prosesdə Eldar Mansurov çıxış edib. O bildirib ki, məhkəmə gedişatı zamanı ona Daxili İşlər Nazirliyindən zəng daxil olub. Sığınacağın sahibinə deyilib ki, nazir Ramil Usubov bu məhkəmə prosesindən xəbərdardır və məsələ onun şəxsi nəzarətindədir.

Qeyd edilib ki, itlər üçün daha şəraitli bir yer ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Məhkəmə prosesi noyabrın 7-sinə kimi təxirə salınıb.

Şərhlər

XƏBƏR LENTİ