SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nizami rayon məktəblərində şagird sıxlığı yaşanır - İki növbəli dərs prinsipinə narazılıq edirlər

Nizami rayon məktəblərində şagird sıxlığı yaşanır - İki növbəli dərs prinsipinə narazılıq edirlər

Tarix:

28-09-2018, 13:16

/ 1 395 dəfə oxundu.
Nizami rayon məktəblərində şagird sıxlığı yaşanır - İki növbəli dərs prinsipinə narazılıq edirlər

Sentyabırın 17-dən başlayan yeni dərs ili narazılıqlarla başlayıb. Artıq mövzu var, saytlar təhsil sistemində baş verən özbaşınalıqları, rüşvəti, sistemsizliyi valideynlər tərəfindən çəkilmiş videolar üzərindən müzakirəyə qoyurlar. Dalaşan kim, saç yoldusuna tuş gələn kim... Nizami rayon məktəblərində də dərslər başlayan andan narazılıqlar başlamağa başlayıb. Artıq valideynlər Zəngi liseyində məktəbli formalarının şagirdlərə 60 manata məcburi satılmasından başlamış, 62 saylı məktəbdə indidən 5 oktyabr müəllim gününə yığılan pula görə narazılıq etməyə başlayıblar. Qarğayan kim, pulu başına dolayıb verilməsinə qədər hər hoqqadan çıxan var.
Valideynlər siniflərdə 40-45 şagirdin olmasına, dərslərin iki növbəli keçirilməsinə də narazılıq edirlər. Vəziyyətin bu həddə qədər çatmasına görə, təhsil naziri Ceyhun Bayramovu günahlandıranlar da çoxdu. Məsələn, Nizami rayon 145 saylı orta məktəbdə valideynlərin əsas narazılığı odur ki, yeni tədris ilində sinifdə şagirdlərin sayı normadan iki dəfə çox - 35-40 nəfərə nədən yüksəlib. Bunu onunla izah edirlər ki, şagirdlərin sayı 25-dən çox olanda tədris olunan fənni qavramaları mümkünsüz olur. Yəni müəllimin hər bir şagirdlə işləməsinə vaxt çatmır, səs-küy sinfi bürüyür, şagirdlər psixi travma alır.
Qonşuluqda olan 238 saylı məktəbdə bu ildən iki növbəli dərs keçilir. Məktəbin 5 və 6 sinif şagirdlərinin ikinci növbə dərs keçmələrini bəzi valideynlər həzm edə bilmir, qəzəbli bir şəkildə sövdələşmələr aparırlar ki, bir neçə hakimiyyət rəsmisinə teleqramlar vurmaq lazımdır.
Ötən il 238 saylı məktəbdə ibtidai siniflər üçün tikilən yeni tədris korpusundan sonra, bir növbəli olan məktəbin təkrar iki növbəli tədris prosesinə keçidi narahatlıq doğurub. Məktəbdə şagird sıxlığının əsas səbəbi kimi ərazi prinsipinin tətbiq edilməməsi, Bakının müxtəlif rayonlarından 238 saylı məktəbə şagirdlərin qəbulu vəziyyətin bu həddə çatmasına səbəb olub, deyir valideynlər. Bunun da başlıca günahkarı kimi, Bakı Baş Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva götürülür. Valideynlərdən məktəbdə monitorinqlərin keçirilməsini istəyən valideynlər də var ki, onlar yaranmış vəziyyətin həllini bunda görürlər.
238 saylı məktəbdən 300 metr aralıda 229 nömrəli məktəbdə də oxşar vəziyyət, fərqli olmayan problemlər mövcuddur. Günün istənilən saatında 15 dəqiqə uşağını məktəbə gətirən və yaxud aparan valideynlərə qulaq asmaq kifayət edir ki, biləsən bu məktəbdə də nə baş verir. Şagird sıxlığı,təhsilə aid olmayıb məqbul sayılmayan onlarla hal bu məktəbdə də təzahür edir. Belə görünür ki, məktəblərdə bu ilki tədris prosesi qalmaqallarla yadda qalacaq.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ