XalqXəbər.Az

Novruz Məmmədovdan ilginc ADDIM - NK-nın məxfi qərarlarından biri açılır

Novruz Məmmədovdan ilginc ADDIM - NK-nın məxfi qərarlarından biri açılır
28-09-2018, 10:00

Baş nazir Novruz Məmmədov “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyi açılması barədə qərar imzalayıb.

Qərar həmin qərarın məxfiliyinin açılması barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən verilib.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.