SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hakimin qanunsuzluğu Azərbaycanın 1-ci Vitse-Prezidentinin nəzarətində

Hakimin qanunsuzluğu Azərbaycanın 1-ci Vitse-Prezidentinin nəzarətində

Tarix:

12-09-2018, 10:36

/ 1 857 dəfə oxundu.
Hakimin qanunsuzluğu Azərbaycanın 1-ci Vitse-Prezidentinin nəzarətində

1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aidə Hüseynin görünməmiş qanunsuz hərəkətləri Azərbaycanın birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanı da narahat edib...

“Təzadlar”ın ötən saylarında “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyinin ədliyyə naziri, Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlı müraciətini təqdim etmişdik. Həmçinin oxşar şikayət və müraciət tədbir görülməsi üçün Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Ali Məhkənin sədri cənab Ramiz Rzayevə, Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynova, Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyevə, eləcə də ədliyyə nazirinin müavini cənab Azər Cəfərova göndərilmişdir. Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Ali Məhkənin sədri cənab Ramiz Rzayevə, Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynova, eləcə də ədliyyə nazirinin müavini cənab Azər Cəfərova göndərilmiş məktub-sorğuların ünvanına çatdırılması və qəbul edilməsi barədə rəsmi açıqcalar redaksiyaya daxil olmuşdur.

Nəhayət, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyinin 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseyn barədə Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya göndərdiyi şikayətinə Bakı Apellyasiya Məhkəməsindən cavab məktubu gəlmişdir. Dünən həmin məktubun bir surəti redaksiyaya təqdim olunmuşdur. Aşağıda həmin cavab məktubunu təqdim edirik:
“Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyindən 10.08.2018-ci il tarixdə daxil olmuş şikayətiniz öyrənildi.
Müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-214/-2018 saylı, 30.03.2018-ci il tarixli qərardadı ilə cavabdeh “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin tərəfindən 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2-2(81)-449/-2018 saylı qərardadından verilmiş şikayət təmin edilmişdir.
1 saylı Bakı Inzibatı-İqtisadi Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2-2(81 )-449-/2018 saylı qərardad ləğv edilmişdir.
İddiaçı “Cənnət Park' MTK tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin tətbiq barədə ərizəsi təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-214/-2018 saylı, 30.03.2018-ci il tarixli qərardadından kassasiya şikayəti verilmədiyindən mülki iş 04.05.2018-ci il tarixdə 1 sayiı Bakı Inzibatı-İqtisadi Məhkəməsinə qaytarılmışdır.
Şikayət ərizənizdə qeyd edirsiniz ki, 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qərarından apellyasiya şikayəti vermisiniz. Lakin apellyasiya şikayəti bu günə kimi Bakı Apellyasiya Məhkəməsinə daxil olmamışdır.
Nəzərnizə çatdırırıq ki, Sizin 1 sayiı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətiniz Bakı Apellyasiya Məhkəməsinə daxil olduğu halda şikayətinizdə göstərilən hallar araşdırılacaq, ədalətli və qanuni qərar qəbul ediləcəkdir.
Ümumi şöbənin müdiri: Əliəkbər Həsənov”.
Redaksiyanın məsələyə dair mövqeyi bundan ibarətdir ki, məşhur bir atalar məsələnin fəlsəfəsini yada salanda hakim Aidə Hüseynin qanunsuz hərəkətlərinin və qərəzliyinin, qanunlarımıza hörmətsizliyinin acı nəticəsindən danışmamaq mümkün deyil. Bəli, bir dəli bir quyuya daş atır, amma yüz ağıllı onu çıxarmaq istəsə də bu baş tutmur.
Hakim Aidə Hüseyn də neçə ildir bir qanunsuz və qərəzli hərəkəti ilə “Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivinin və cəmiyyətin rəhbərliyinin fəaliyyətini iflic vəziyyətə salmışdır. Redaksiyamıza təqdim edilən rəsmi sənəd və məktubları saf-çürük edəndə çoxsaylı ünvanları sıraladıq. Təsəvvür edin, Azərbaycan Dövlətinin adından qərar qəbul edən hakim Aidə Hüseyn 20-yə yaxın dövlət orqanını yersiz yazışmalarla, qərarlar qəbul etməklə, şikayətçiyə cavab yazıb qanunun gücünü izah etməklə məşğul olub. Bu yumşaq desək, təxribatdır, dövlət orqanlarının iş fəaliyyətinə badalaq vurmaqdır, başını qatmaqdır. Elə isə bunlara bais olmuş hakimin cəzası nədir?
Təbii ki, bütün baş verənlərə görə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin sədri Rəşid Rzayevin birbaşa məsuliyyəti vardır. Təsəvvür edirsinizmi, ölkənin birinci vitse-Prezidenti vacib dövləti işlərlə və qayğılarla əhatələndiyi bir məsul dövrdə dövlətimizin lazımi status və səlahiyyət, eləcə də etibar göstərdiyi, inam bəslədiyi hakim Aidə Hüseynin qanunlarımıza hörmətsizliyinin aradan qaldırılmasına vaxt ayırır. Belə hakim niyə də cəzalandırılmasın!
Qəzet çapa gedərkən “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyi ilə əlaqə saxladıq və Azərbaycanın birinci-vitse-Prezidenti Mehriban Xanım Əliyevanın nəzarətində olan bu məsələyə dair mövqeyini soruşduq. QTSC-nin sədr müavini Şakir Əliyev bunları dedi:
- Kollektivimizin adından Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Hakim Aidə Hüseyn bilməli idi ki, haqq nə qədər nazilsə də, sonda üzülmür… Axı bunları bilə-bilə belə bir qanunsuz və şəxsi qərəzliyə söykənmiş qərarlar qəbul etmək nəyə lazım idi? Neçə idir biz qanuni mənafeyimizi, haqqımızı hansısa bir dələduzdan deyil, qanunların aliliyini qorumalı hakimdən müdafiə etmək üçün mübarizə aparmışıq. Vaxtımız gedib, başımız əsassız yazışmalara qatılıb… Bunlara təəssüf edirəm. Nəhayət, inanıram ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzər-diqqətində olan şikayətimiz Bakı Apellyasiya Məhkəməsinin peşəkar hakimlər kollegiyasının ədalətli qərarı ilə təmin ediləcək, eləcə də hakim Aidə Hüseyn qanunlarımızın tələbləri əsasında cəzalandırılacaq.

Şərhlər

XƏBƏR LENTİ