SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Saleh Məmmədov asfalt satır... - İTTİHAM

Saleh Məmmədov asfalt satır... - İTTİHAM

Tarix:

10-09-2018, 13:47

/ 1 740 dəfə oxundu.
Saleh Məmmədov asfalt satır... - İTTİHAM

“Azəravtoyol” ASC sədri Saleh Məmmədovla bağlı ilgin iddia yayılıb. Belə ki, verilən xəbərdə qeyd olunur ki, bir müddət əvvəl, daha dəqiqi “Azəravtoyol”un rəhbəri keçəndən sonra müəyyən müdətlik özünə piar quran Saleh Məmmədov barəsində işgüzar imici yaradıldığını zənn etdiyindən indi "əsas fəaliyyətə" keçib.

Mənbə bildirir ki, "əsas fəaliyyət" dedikdə anlaşılanı isə asfalt biznesidir. Mənbənin söylədikləri:

"Hazırda sözügedən qurum ayrı-ayrı məmurlara, oliqarxlara asfalt satmaqla məşğuldur. Vətəndaşlar müraciət edəndə isə "ərazini hələ plana salınmayıb" deyərək rədd cavabı verən Saleh Məmmədov təbii ki, müvafiq məbləğin qarşılığında istənilən ərazini asanlıqla "plana salmağı" bacarır".

Mənbə onu da bildirib ki, Saleh Məmmədovun adından bütün bu qara işləri onun əsas pul kisəsi kimi tanınan 1-ci müavini Əvəz Qocayev həyata keçirir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ