SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bələdiyyələrlə bağlı iki qanun dəyişdirilir

Bələdiyyələrlə bağlı iki qanun dəyişdirilir

Tarix:

2-03-2017, 14:24

/ 1 507 dəfə oxundu.
Bələdiyyələrlə bağlı iki qanun dəyişdirilir

Azərbaycanda “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir

Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 gündən gec olmayaraq arayış verməlidirlər. Xatırladaq ki, hazırda bu müddət 5 gündür.

Bələdiyyə büdcəsinin icrasına, o cümlədən sərf edilən vəsaitlə yerli əhalini tanış etmək məqsədilə məlumatları xüsusi lövhələrdə yerləşdirəcək.
Bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Qanuna görə, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə müstəqil auditorları cəlb edir.

Layihəyə əsasən, yerli əhalini tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən 1 ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdiriləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Şərhlər

XƏBƏR LENTİ