SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » GMO, xərçəng və ... Quliyevlərin – Dosyesi

GMO, xərçəng və ... Quliyevlərin – Dosyesi

Tarix:

25-07-2018, 15:28

/ 787 dəfə oxundu.
GMO, xərçəng və ... Quliyevlərin – Dosyesi

Qərbin yasaqladığı “Monsanto” “Səba”ya ayaq açıb

“Səba” ictimaiyyətə elan edib ki, məhsullarını bütün marketlərdən geri yığır. Şirkət istehlakçılara dondurulmuş toyuq məhsullarını alarkən diqqətli olmaları barədə xəbərdarlıq edib.

Satış təmsilçiləri bəzi marketlərdə dondurulmuş toyuq ətinin əmtəə görünüşünün korlandığını müəyyən ediblər. Elektrik enerjisinin verilməsində yaranmış məhdudiyyətlər bəzi marketlərdə soyuducuların sıradan çıxmasına səbəb olub. Həmin müddətdə anbarlarda və soyuducularda olan dondurulmuş toyuq əti məhsulunun buzu açılıb, daha sonra soyuducular işə düşdükdə isə məhsullar yenidən donub. Amma “Səba”nın məhsullarının keyfiyyəti barədə şübhələr var.

Belə ki, “Səba” İstehsalat Birliyi bəslədiyi toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb. Lakin burada qaranlıq bir məqam var ki, ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb.

Telman Zeynalov: “Siçovul ölür, insanlar xərçəngə düçar olur”

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov kəskin və dəqiq cavab vermişdi: “Əgər ölkədə GMO-nu təyin edən laboratoriya yoxdursa, kim sübut edə bilər ki, o məhsulun tərkibində GMO yoxdur.
Fransa, Rusiya və digər Qərbi Avropa alimləri “Monsanto” şirkəti ilə işləməyi qadağan ediblər. Onların istehsal etdiyi qarğıdalını yiyən siçovul ölür, insanlar da cürbəcür xəstəliklərə, əsasən də xərçəngə düçar olurlar. Mən şəxsən iki ay yarım Türkiyədə oldum, bir çox xəstəxanaları gəzdim. Sizi inandırım ki, oradakı Azərbaycandan və digər xarici ölkələrdən gələn xəstələrin 99 faizinin hamısı xərçəng xəstəsi idi. Bunun da səbəbi yediyimiz bu GMO məhsullarıdır. Kim təminat verə bilər ki, Türkiyənin biznesmenləri təmiz insanlardır. Bilirsinizmi, pul olan yerdə hər şey taptalanır”.

Şərhlər

XƏBƏR LENTİ