SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əhməd Əhmədzadənin ayağına yazılan 1.3 milyard manat - İTTİHAM VAR

Əhməd Əhmədzadənin ayağına yazılan 1.3 milyard manat - İTTİHAM VAR

Tarix:

28-02-2017, 16:12

/ 1 724 dəfə oxundu.
Əhməd Əhmədzadənin ayağına yazılan 1.3 milyard manat - İTTİHAM VAR

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması işləri artıq 1.3 milyard manatı haqlayıb.
Bunu Dövlət Neft Fonduna istinadən bildiririk.
Məlumatda qeyd edilir ki, 31 dekabr 2016-ci il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə dair müqavilələr üzrə ümumilikdə 1 309,6 milyon manat, o cümlədən 2016-cı il ərzində 70,0 milyon manat vəsait istifadə olunub.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir.
Qeyd edək ki, “Samur-Abşeron” suvarma sistemi layihəsi də 2005-ci ildən tikintisnə başlamış və yekunlaşması bilməyən proyetktlərdəndir. Layihəsinin idarə edilməsi və sifarişçisi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir. (AMST ASC)
Neft Fondunun məlumatına görə, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin tikintisi ümumilikdə AMST ASC-nin sifarişi əsasında aşağıdakı işlər çərçivəsində həyata keçirilməkdədir:
I mərhələ:
“Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birgə tikintisi” obyektləri üzrə ümumilikdə, 564,7 milyon manat vəsait tam istifadə olunub.
“Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyektləri üzrə ümumilikdə, 406,2 milyon manat xərclənib.
“Vəlvələçay-Taxtakörpü kanalının tikintisi” üzrəAzərbaycan Respublikası hökuməti ilə İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf və OPEC Beynəlxalq İnkişaf Fondları arasında 42,6 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb, 2009-cu ilin IV rübündən etibarən Vəlvələçay-Taxtakörpü kanalının bir hissəsinin tikintisi Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməyə başlanılıb. Neft Fondu tərəfindən bu obyektin tikintisinə 167,0 milyon ABŞ dolları məbləğində vəsait ayrılmış və tam istifadə olunub.
II mərhələ:
4.“Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” obyekti.
4.1. Texniki və tender sənədlərinin hazırlanması.
Bu obyekt üzrə işçi-layihə və tender sənədlərinin hazırlanması işlərinin satınalınmasına dair Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri ilə 30 oktyabr 2013-cü il tarixində 3,4 milyon manat məbləğində müqavilə imzalanıb.
4.2. “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” (I növbə üzrə Qusarçay, Qudyalçay və Caqacuq çayları) obyekti.
Bu obyekt üzrə işlərin satınalınmasına dair Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və “Evrascon” ASC ilə 30 iyun 2014-cü il tarixində 56,3 milyon manat məbləğində müqavilə imzalanıb.
5. “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyekti.
5.1. Texniki və tender sənədlərinin hazırlanması. 15.04.2014-cü il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri ilə bu obyekt üzrə işçi-layihə və tender sənədlərinin hazırlanması işlərinin satınalınmasına dair 8,95 milyon manat məbləğində müqavilə imzalanıb və vəsait tam istifadə olunub.
5.2. Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi. Bu obyekt üzrə işlərin satınalınmasına dair Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və “Evrascon” ASC ilə 12 noyabr 2014-cü il tarixində 89,4 milyon manat məbləğində müqavilə bağlanıb. Bu müqavilə üzrə ümumilikdə 58,7 milyon manat xərclənib.
5.3. Siyəzən rayonunun ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi. Bu obyekt üzrə işlərin satınalınmasına dair Meliorasiya və Su Təsərrüfatı ASC və “Körpü-Bina-Tikinti” MMC ilə 14 yanvar 2015-ci il tarixində 6,86 milyon manat (I mərhələ) və 04 iyul 2015-ci il tarixində 61,3 milyon manat (II mərhələ) məbləğində müqavilələr imzalanmışdır. Hər iki müqavilələr üzrə ümumilikdə 50,6 milyon manat, o cümlədən 2016-cı il ərzində I mərhələ üzrə 0,06 milyon manat, II mərhələ üzrə 26,3 milyon manat vəsait istifadə olunub.
5.4. “Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan SAK sisteminin qidalandırıcı-birləşdirici kanalın tikintisi” obyekti. Bu obyekt üzrə işlərin satınalınmasına dair sifarişçi qurum olan “AMST” ASC ilə “Evrascon” ASC arasında satınalma prosedurlarına əməl edilməklə 14 avqust 2015-ci il tarixində 4,7 milyon manat məbləğində müqavilə imzalanıb.
5.5. “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” və “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektlərinin tikintisinə məsləhətçi xidmətlərinin yerinə yetirilməsi. Bu işlərin satın alınmasına dair sifarişçi qurum olan “AMST” ASC ilə Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri Anonim Şirkəti arasında satınalma prosedurlarına əməl edilməklə 27 avqust 2014-cü il tarixində 3 198 min manat məbləğində müqavilə imzalanıb.
5.6. “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” (Şabran rayonu üzrə) obyekti. Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC ilə “Azneftmaş” ASC arasında 09 sentyabr 2016-ci il tarixində 228,4 milyon manat məbləğində müqavilə imzalanlb və
5.7. “Siyəzən rayonunun ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi” (əlavə meliorativ təqdbirlər) obyekti. Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC ilə “Avro-Asiya İnşaat Korporasiyası” ASC arasında 28 iyul 2016-ci il tarixində 9,9 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə 2016-cı il ərzində 2,4 milyon manat vəsait istifadə olunub.
6. Layihənin İşçi Qrupunun saxlanılması.
Bu günə qədər layihəni idarə edən işçi qrupunun saxlanılması üçün ümumilikdə 4,3 milyon manat, o cümlədən 2016-cı il ərzində 0,5 milyon manat məbləğində vəsait ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ