SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “ASAN xidmət” dörd gün işləməyəcək

“ASAN xidmət” dörd gün işləməyəcək

Tarix:

13-06-2018, 16:39

/ 1 835 dəfə oxundu.
“ASAN xidmət” dörd gün işləməyəcək

15-18 iyun tarixlərində Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 19 iyun tarixindən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan beşi paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən iki “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Şərhlər

XƏBƏR LENTİ