XalqXəbər.Az

Hacıbala Abutalıbov yeni vəzifədə bu işləri görəcək

Hacıbala Abutalıbov yeni vəzifədə bu işləri görəcək
26-04-2018, 12:37

Bakının "Sovetski” adlanan ərazisində aparılan söküntülərə bundan sonra Baş nazirin müavini Hacıbala Abutalıbov nəzarət edəcək.

Abid Şərifovun gördüyü işi bundan sonra Hacıbala Abutalıbov davam etdirəcək. Belə ki, Baş nazirin yeni müavini olan H.Abutalıbova A.Şərifovun işləri həvalə olunub. BŞİH-in rəhbəri "Sovetski”dəki söküntü-tikinti işlərinə də cavabdeh olacaq.

Məlumata görə, artıq ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlandırılıblar. Gələn ayın əvvəlindən "Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq.

Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. Sakinlərə bildirilib ki, hər hansısa şikayətləri ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə və H.Abutalıbova müraciət etməlidirlər.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.