XalqXəbər.Az

Sevil Massivi MTK-nın zərər verdiyi sakinlər PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

Sevil Massivi MTK-nın zərər verdiyi sakinlər PREZİDENTDƏN KÖMƏK İSTƏYİR
29-03-2018, 09:44

Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev Cənablarına
surəti:Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Xanımı
Millət vəkili, Hörmətli Mehriban Əliyevaya

Möhtərəm Cənab Prezident,
Hörmətli Mehriban Xanım,

Biz "Sevil Massivi" MTK tərəfindən aldadılan çoxsaylı sakinlər adından müraciət edərək, Sizdən kömək istəyirik.
“Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi də başa çatmasına baxmayaraq, biz vətəndaşlara dəymiş ziyan ödənilmədi. Massivdə aldığımız evlərin əvəzinə digər yerlərdə bizə torpaq sahələri ayrılacağı vəd edilsə də bunlar baş vermədi. Dəyərli əşyalarımızı, qızıllarımızı satdıq,banklardan yüksək faizlə pul götürüb "Sevil Massivi" MTK-ya verib, sonunda aldandıq.
Biz, yüzlərlə evsiz-eşiksiz vətəndaş Sizin ədalətli Qərarınızı gözləyir.
Cənab Prezident Sizdən Xahiş edirik bizə kömək edin.
Öncədən Sizə minnətdarlıq edirik.


Hörmətlə,
Sevil Massivi" MTK tərəfindən
aldadılan Kamran Seyidov

28.03.2018

xalqxeber.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.