SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Polisdən “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir - FOTO

Polisdən “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir - FOTO

Tarix:

1-03-2018, 14:30

/ 2 332 dəfə oxundu.
Polisdən “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir - FOTO

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Veteranlar şurasının təşkilatçılığı ilə rayonunun Sincanboyad kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Şabran rayon nümayəndəsinin, məktəbin pedaqoji və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin baş inspektoru, polis mayoru Eldar Ömərov gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi amillərindən söz açıb. Narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib. O, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe tutmasının zəruriliyindən danışıb.

Daha sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov belə görüşlərin faydasından bəhs edərək qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış mühüm addımdır. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir.

Tədbirin sonunda çıxış edən Gənclər və İdman Nazirliyinin Şabran rayon Şöbəsinin nümayəndəsi Musa Hüseynov narkomaniya, dini radikalizm və erkən nikahın fəsadları barədə ətraflı çıxış edərək gənclərə dəyərli məsləhətlər veriblər.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Polisdən “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir - FOTO
Polisdən “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir - FOTO

Şərhlər

XƏBƏR LENTİ