SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "İST Petrol"da sürücünün başına oyun gəldi - Maşını yararsız vəziyyətə düşdü

"İST Petrol"da sürücünün başına oyun gəldi - Maşını yararsız vəziyyətə düşdü

Tarix:

19-01-2018, 11:15

/ 2 498 dəfə oxundu.
"İST Petrol"da sürücünün başına oyun gəldi - Maşını yararsız vəziyyətə düşdü

Jurnalist Mahir Rəsuloğlu (Hümbətov) Abşeron rayonu Mehdiabad qəsəbəsindəki "İST Petrol” yanacaqdoldurma məntəqəsində üzləşdiyi bir hadisəni "Facebook” səhifəsində ictimailəşdirib.

Özünəməxsus "Mitsubishi Pajeri io” markalı avtomobilin yanacaq çəninə "Aİ-92” markalı benzin vurdurub, ardınca onun üstünə 10 litr həcmində "Premium” benzin də əlavə etmək istəyib. "İST Petrol”un növbə rəisi Cavad adlı şəxs "Premium” benzinin qurtardığını əsas gətirərək, jurnalistə təklif edib ki, maşının çənindəki "Aİ-92” markalı benzinə Çin istehsalı olan və yanacaqdoldurma məntəqəsində satılan xüsusi qatqı vursun. M.Rəsuloğlu ehtiyat etsə də, növbə rəisi onu inandırıb ki, hər hansı problem olmayacaq, yanacağın keyfiyyəti artacaq. Nəticədə avtomobil sahibi bu təkliflə razılaşıb. Beləliklə də 30 manatlıq "Aİ-92” markalı benzinin üzərinə qiyməti 10 manat olan "FMS” qatqı əlavə edilib.

Təxminən 1-2 saatdan sonra M.Rəsuloğlunun avtomobilində problem özünü göstərib. Özünün yazdığına görə, 2 həftə ərzində 3 maşın ustası yanında "əsir-yesir” olub, avtomobilin sıradan çıxan müəyyən ehtiyat hissələrini dəyişdirmək məcburiyyətində qalıb. Ümumilikdə 560 manat xərcə düşüb. Jurnalistin qeyd etdiyinə görə, avtomobil ustalarının hamısı bildiriblər ki, maşında yaranan bu problemlər benzinə əlavə edilən qatqıdan qaynaqlanıb. Həmin qatqı benzin filtrindən tutmuş, yağ kəfkirinə (forsunka) qədər bütün sistemdə problemlər yaradıb.

Avtosfer.az
"İST Petrol"da sürücünün başına oyun gəldi - Maşını yararsız vəziyyətə düşdü
"İST Petrol"da sürücünün başına oyun gəldi - Maşını yararsız vəziyyətə düşdü

Şərhlər

XƏBƏR LENTİ