SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İrşad Electronics”də ilkin ödənişsiz və faizsiz kampaniya yalan çıxdı – ŞİKAYƏT

“İrşad Electronics”də ilkin ödənişsiz və faizsiz kampaniya yalan çıxdı – ŞİKAYƏT

Tarix:

26-12-2017, 18:04

/ 3 320 dəfə oxundu.
“İrşad Electronics”də ilkin ödənişsiz və faizsiz kampaniya yalan çıxdı – ŞİKAYƏT

“Dövlət orqanlarında məsələ qaldırılarsa “İrşad Electronics”i 500 azn cərimə gözləyir”

“İrşad Electronics” vətəndaşları yalançı kampaniya vasitəsi ilə aldatmağa çalışır. Bunu saytımıza Araz Məmmədov bildirib.

“Bu günlərdə “İrşad Electronics” şirkətinin reklamına rast gəldim, həmin reklamda qeyd olunmuşdur ki, telefonları ilkin ödənişsiz və faizsiz şərtlərlə almaq mümkündür. Bunu gördükdən sonra şirkətin saytında bir telefonla maraqlanıb qaynar xətləri ilə əlaqə saxladım.
Şirkətin əməkdaşı bildirdi ki, “elektron arayış və Bakı ərazisinə olan iki qohumunuzun telefon nömrəsini vermək şərtləri ilə telefon ala bilərsiz”. Mən şirkətin “Gənclik” metrostansiyası yaxınlığında yerləşən mağazasına yaxınlaşdım. Orda şərtləri bildiyimi və telefon almaq istədiyimi qeyd etdim. Mağaza əməkdaşı əvvəlcə rayon qeydiyyatı olduğumu görüb tərəddüd elədi və ilkin ödəniş edib etməyəcəyimi soruşdu. Mən də öz növbəmdə ödəniş etməyəcəyimi dedim. Amma şirkətin əməkdaşı bildirdi ki, ilkin ödəniş etməliyəm . Bu zaman ona kampaniyanın ilkin ödənişsiz olduğunu xatırlatdım,o isə “bir az gözləyin kredit ekspertimiz” gələcək dedi. Bir müddət gözlədikdən sonra deyilən şəxs gəldi və işlədiyim şirkətin nə qədər işçisi olduğunu soruşdu. Mən ona “bunun mənim telefon almağımla nə əlaqəsi var ki?! Mən sizə elektron arayış təqdim etmişəm, dediyiniz kampaniya şərtlərinə də uyğun gəlirəm“ bildirərək qeyd etdim. Mağaza əməkdaşı isə bununla razılaşmadı və “şirkətinizdə bizim istəyimizə uyğun qədər adam çalışmalıdır, o qədər işçiniz yoxdursa, verə bilmərik “dedi. Bu zaman mən yenidən əməkdaşın nəzərinə çatdırdım ki, onların kampaniyalarında belə şərt göstərilməyib və əgər belə şərtləri var idisə niyə saytlarında bu şərtləri qeyd etməyiblər.

Mağaza əməkdaşı isə “get şikayət elə” dəməklə söhbətdən yayındı.

Mən bu anda başa düşdüm ki, bu şirkət yalançı reklamlarla vətəndaşları aldadıb cəlb edir.
Məsələni Azad İstehlakçllar Birliyinin sədri Eyyub Hüseynov belə şərh etdi:“Qanunvericilikdə belə qanun yoxdur, reklam kampaniyalarında belə bir məsələnin gizlədilməsi istehlakçıların aldadılması kimi qiymətləndirilir .Dövlət orqanları qarşısında məsələ qaldırılarsa mağazanı minimum 500 manat cərimə gözləyir”.

QAFQAZXEBER.AZ

Şərhlər

XƏBƏR LENTİ