SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Novruz”da əfv olacaq - Komissiya toplandı

“Novruz”da əfv olacaq - Komissiya toplandı

Tarix:

16-02-2017, 19:00

/ 1 432 dəfə oxundu.
“Novruz”da əfv olacaq - Komissiya toplandı

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib. O, bildirib ki, komissiyaya 800-ə yaxın müraciət daxil olunub. Bu gün həmin müraciətlərdən 150-si ilə tanış olunub: "Onların yarısından çoxuna müsbət rəy verilib".

Rəşad Məcid qeyd edib ki, gələn həftə ərzində komissiyanın iclasları davam edəcək.

Həmsöhbətimizin bildirdiyinə görə, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ