SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıta 7 milyon manat ayrıldı - Liftlər yenilənəcək

Sumqayıta 7 milyon manat ayrıldı - Liftlər yenilənəcək

Tarix:

15-12-2017, 19:10

/ 1 628 dəfə oxundu.
Sumqayıta 7 milyon manat ayrıldı - Liftlər yenilənəcək

Prezident İlham Əliyev dekabrın 15-də “Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 7 milyon manat ayrılıb.

Bundan 3,7 milyon manatı çoxmənzilli binaların istismara yararsız 105 liftinin yeniləri ilə əvəz edilməsi üçün, 3,3 milyon manatı isə abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub.

Şərhlər

XƏBƏR LENTİ