SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xaçmazda 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru HƏBS OLUNDU

Xaçmazda 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru HƏBS OLUNDU

Tarix:

1-11-2017, 16:37

/ 60 017 dəfə oxundu.
Xaçmazda 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru HƏBS OLUNDU

Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru saxlanılıb.
Rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov saxlanılaraq rayon prokurorluğuna gətirilib. O, məktəbin 6-cı sinif şagirdinə qarşı etdiyi seksual hərəkətlərə görə 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb. Hazırda rayon prokurorluğunda olan məktəb direktorunun dindirildiyi bildirilir.
Baş verən hadisə ilə bağlı məktəbdə təhsil alan şagirdlərin valideynləri direktorun işdən çıxarılması və məktəbli qıza qarşı etdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilməsi tələbi ilə təhsil ocağına toplaşaraq etiraz aksiyası təşkil ediblər.
Hadisə yerinə Rayon Təhsil Şöbəsinin müdiri, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini və şöbənin əməkdaşları gəlib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ