SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 450-dən yüksək bal toplayan abituryentlərin xərclərini dövlət qarşılasın - TƏKLİF

450-dən yüksək bal toplayan abituryentlərin xərclərini dövlət qarşılasın - TƏKLİF

Tarix:

10-02-2017, 12:30

/ 1 498 dəfə oxundu.
450-dən yüksək bal toplayan abituryentlərin xərclərini dövlət qarşılasın - TƏKLİF

"Yoxsulluğun real miqyasının yüksək olduğu ölkədə hökumət bütün insanların ali təhsilə əlçatanlığını artırmaq üçün ali təhsil xərclərini artırmalıdır".

Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev təhsillə bağlı şərhində deyib.

Rövşən Ağayev bildirib ki, il ərzində 2 dəfə tələbə olmaq istəyənlərə şans tanımaq müsbət addımdı: "Xüsusən də abituriyentlərin stressini azaltmaq baxımından faydası ola bilər. Amma bu "ali təhsil alanların sayı artmalıdır" təklifinin bir əmması var. Gerçəkdən Azərbaycan əhalisinin hər 100 min nəfərə düşən ali məktəb tələbələrinin sayına görə, inkişaf etmiş ölkələrdən, eləcə də bir sıra keçid ölkələrindən 3-4 dəfə geri qalır".

Ekspert qeyd edib ki, say artımı onsuz da aşağı olan keyfiyyətin daha da pisləşməsi hesabına baş verməməlidir:

"Bunun üçün hər bir ixtisas üzrə (qrup üzrə yox) minimal keçid balları müəyyən edilməsi çıxış yollarından biri ola bilər. Məsələn, maksimum balın (700 bal) 40%-dən (280 bal) aşağı balla heç bir ixtisas üzrə ali məktəblərə qəbul aparılmamalıdır. Bütün ixtisaslar üzrə minimum keçid balı isə ixtisasların mürəkkəbliyindən, iqtisadiyyat üçün faydalılığından asılı olaraq 280 baldan yüksək olmaq şərtilə müəyyən edilə bilər. Məsələn, hər abituryent bilməlidir ki, hansı regionda, hansı universitetdə olmasından asılı olmayaraq, riyaziyyat müəllimi olmaq istəyirsə, 400-dən aşağı bal toplamamalıdır".

Rövşən Ağayev pullu ali təhsillə bağlı təklif də verib:

"Bu gün Azərbaycanda dövlətin ali təhsil xərclərinin ÜDM-də payı 0.3% ətrafındadı. Dünyanın qabaqcıl ölkələrində həmin göstərici 1-2% intervalında dəyişir. Bu gün Azərbaycanda dövlət ali məktəblərində oxuyanların 76-77%-i ödənişli təhsil alır. Yoxsulluğun real miqyasının yüksək olduğu ölkədə hökumət bütün insanların ali təhsilə əlçatanlığını artırmaq üçün ali təhsil xərclərini artırmalıdır. Bunun üçün hökumət belə bir hədəf müəyyən edə bilər: maksimum balın (700 bal) məsələn, üçdə ikisindən (450 bal) yüksək bal toplayan bütün abituryentlərin xərclərini dövlət qarşılasın. Təhsil Nazirliyi tələbələrin sayını artırmaq istəyirsə, bu da bir stimullaşdırıcı mexanizm ola bilər".

Şərhlər

XƏBƏR LENTİ