SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əsgərimiz faciəvi şəkildə vəfat etdi - Murovdağda

Əsgərimiz faciəvi şəkildə vəfat etdi - Murovdağda

Tarix:

10-02-2017, 11:04

/ 2 134 dəfə oxundu.
Əsgərimiz faciəvi şəkildə vəfat etdi - Murovdağda

Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Müdafiə Nazirliyinə istinadən məlumata görə, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Şərhlər

XƏBƏR LENTİ