SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarabağ döyüşçüsü ölüm aclığına başlayıb - Etiraz

Qarabağ döyüşçüsü ölüm aclığına başlayıb - Etiraz

Tarix:

2-10-2017, 12:07

/ 55 652 dəfə oxundu.
Qarabağ döyüşçüsü ölüm aclığına başlayıb - Etiraz

Qarabağ döyüşçüsü Cəmşid Rzaquliyev ölüm aclığına başlayacaq. Bu barədə o, özünün facebook səhifəsində yazıb.
Müharibə iştirakçısı uzun müddətdir müxtəlif problemlərdən əziyyət çəkir. Ən ciddi problem isə onun səhhəti ilə bağlıdır. Qarabağda döyüşlərdə yaralanan C.Rzaquliyev normal müalicə ala bilmir. Aldığı yaralardan əziyyət çəkən döyüşçü əlillik dərəcəsi də ala bilməyib.
Qarabağ qazilər birliyinin mətbuat xidmətinin rəhbəri, QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu C.Rzaquliyevin problemlərindən xəbərləri olduğunu deyib: "Cəmşidin problemlərindən xəbərimiz var. Mən və birliyimizin sədr müavini Firudin Məmmədov onunla görüşüb. Ona kömək etməyə cəhd eləmişik, amma təəssüflər olsun ki, alınmayıb. Jurnalist həmkarımın vasitəsi ilə onun sağlamlıq problemini Səhiyyə Nazirliyinin rəhbərliyinə də çatdırmışıq. Bunun da nəticəsi olmadı! Onun digər qardaşı da Qarabağ müharibəsində iştirak edib və Qarabağ əlilidir. Ümumiyyətlə, ölkəmizdə Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlarına münasibət ürək açan deyil. Lazım olan bütün qanunlar var, amma icra edilmir. Döyüşçülər taleyin ümidinə buraxılıb.”
Qarabağ döyüşçüsü ölüm aclığına başlayıb - Etiraz
Qarabağ döyüşçüsü ölüm aclığına başlayıb - Etiraz

Şərhlər

XƏBƏR LENTİ