SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həbsə alınan köçkünün anası qanunsuzluqdan şikayət edir -ŞİKAYƏT

Həbsə alınan köçkünün anası qanunsuzluqdan şikayət edir -ŞİKAYƏT

Tarix:

27-09-2017, 11:04

/ 38 904 dəfə oxundu.
Həbsə alınan köçkünün anası qanunsuzluqdan şikayət edir -ŞİKAYƏT

Qubadlıdan məcburi köçkün olan Ədibə Qasımova baş prokuror Zakir Qaralovdan kömək istəyir. Ə.Qasımova bildirir ki, oğlu Məftun Bayramovun barəsində Bakı Şəhər Prokurorluğunda aparılan cinayət işi qanunsuzluqlarla zəngindir. Bütün hüquq mühafizə orqanlarına etdiyi şikayətlərin heç bir nəticəsi olmadığını görüb son ümid yeri kimi ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalıb.
Belə ki, Məftun Eldar oğlu Bayramova Bakı Şəhər Prokurorluğunda CM-nin 149.2.5, 150.2.5, 182.2.2-ci maddələri ilə ittiham verilib. Anası deyir ki, ittihama görə guya oğlu Fidan (ad şərtidir) adlı qızı 2015-ci ilin sentyabrında köməksiz vəziyyətə salaraq zorlayıb. Ona qarşı digər seksual xarakterli hərəkətlər edib. Ə.Qasımovanın bildirdiyinə görə reallıqda həmin qızla oğlu Məftun sevgili münasibətlərində olublar. 1 il davam edən ər-arvad münasibətləri rəsmi nikah olmasa da dini kəbinlə tanınıb. Gözüyaşlı ana deyir ki, münasibətdə olduqları müddət ərzində Məftunun Fidanı həyat yoldaşı qismində Azərbaycanın müxtəlif rayonlarında - Cəlilabadda, İsmayıllıda, Şirvanda tanışlarının, dostlarının evinə aparıb, qonaq olublar. Hətta dostlarının qohumları da onları ər-arvad qismində öz evlərinə aparıblar. Bütün bu faktlar həmin şəxslərin ifadələri ilə tam təsdiq olunur. İşin vacib məqamı ondan ibarətdir ki, Fidan Məftunun keçmiş həyat yoldaşının əmisi qızıdır və hər iki ailə onların münasibətlərindən xəbər tutduqdan sonra Məftunun qayınatası ilə qızın atası arasında, yəni 2 qardaş arasında münasibətlər pozulub.
Qızın atasının Məftundan qisas almaq məqsədilə əsassız şikayətlərlə, sifariş əsasında həbs edilib. Ə.Qasımova oğlunun həbsinin sifarişli və qanunsuz olmasını onunla əsaslandırır ki, 2016-cı ilin dekabrında edilmiş ilkin şikayətlər Binəqədi Rayon Prokurorluğunda araşdırılıb və Məftunun əməlində cinayət tərkibi olmaması təsdiq olunduğundan cinayət işinin başlanması rədd edilib. Bundan sonra məlum olmayan səbəblərdən Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanmış və müstəntiq Cavid Abasov hər hansı yeni sübut əldə etmədən 2017-ci ilin avqustun 14-də oğlunu həbs edib. Ə.Qasımova bildirib ki, baş vermiş haqsızlıqla bağlı dəfələrlə Bakı Şəhər Prokurorluğunun rəhbərliyinin qəbulunda olub, şikayətini çatdırmaq istəsə də, ona imkan verilməyib. Ə.Qasımova ona münasibətdə ölkə rəhbərinin məmurlara xalqla bağlı çağırışlarının icra olunmamasından narahatçılıq keçirir. Ümid edir ki tezliklə haqq öz yerini tapacaq.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ