SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vergi naziri korrupsiya piramidasının zirvəsində

Vergi naziri korrupsiya piramidasının zirvəsində

Tarix:

17-01-2017, 00:22

/ 2 044 dəfə oxundu.
Vergi naziri korrupsiya piramidasının zirvəsində

Ölkədə ən çox korrupsiyalaşmış qurumların adları açıqlanıb

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev statistikanı açıqlayıb.

K.Əliyev bildirib ki, Vergilər Nazirliyindən 48, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, İqtisadiyyat Nazirliyindən 9, Əmlak Məsələləri Komitəsindən 14, Dövlət Neft Şirkətindən 6, Dövlət İmtahan Mərkəzindən 5, bank sektorundan 23 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub.

Materialların əksəriyyəti barədə cinayət işi başladılıb.

Göründüyü kimi, ən çox şikayət və müraciətlər Vergilər Nazirliyi ilə bağlı olub. Fazil Məmmədovun rəhbərlik etdiyi nazirlik yenə də korrupsiya piramidasının zirvələrinə ucalıb.

Prezident iş adamlarını 2 illik vergidən azad etsə də, nazirlikdə son 2 ay ərzində kadr islahatları həyata keçirilsə də, yenə də siyahının başında Vergilər Nazirliyi qərarlaşıb.

Bu faktlar nazirliyin fəaliyyətindən narazılar ordusunun olduğuna sübutdur. İş adamları, sahibkarlar, biznes sahəsində çalışanlar vergi müfəttişlərindən cana doyub.

Fazil Məmmədovun rəhbərlik etdiyi qurumun ləğv olunması nəzərdə tutulub. Nazirliyin başqa bir nazirliyə birləşdiriləcəyi və departament səviyyəsində fəaliyyət göstərəcəyi gözlənilir.

Məlumatda deyilir ki, Vergilər Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibinə birləşdiriləcək və orada qurum olaraq fəaliyyət göstərəcək. Belə bir təcrübənin isə xarici ölkələrdən götürüldüyü deyilir.

Fazil Məmmədovun vergilərin yaxşı yığılmamasından qeyri-rəsmi tədbirlərin birində giley-güzar etdiyi bildirilir.

Nazirin şikayətlənməsinə səbəb 2 illik vergi yoxlamalarının dayandırılması tapşırığıdır. Artıq vəziyyət o həddə çatıb ki, F.Məmmədov dilə gəlməli olub. O, yoxlamaların davam etdirilməsinin tərəfdarı imiş. Ancaq dövlət başçısının göstərişinə qarşı gedə bilməyib.

İddia olunur ki, nazir yaxın ətrafında bu barədə ah-vay edib. Sahibkarların dad elədiyi və boğulduğu bir zamanda vergi naziri yığımın azlığından narazılıq edir.

Maraqlıdır ki, prezidentin tapşırığı üzərindən nazirliyə ciddi şəkildə nəzarət var. Əgər hər hansı iş adamı vergidən şiakyət etmiş olarsa, buna nazirlik cavabdehlik daşıyır. Əksinə, prezidentin tapşırıqları və tələbləri artıb.

politika

Şərhlər

XƏBƏR LENTİ