SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İraqdakı konsulumuz Abdullayla görüşdü

İraqdakı konsulumuz Abdullayla görüşdü

Tarix:

25-09-2017, 10:14

/ 34 618 dəfə oxundu.
İraqdakı konsulumuz Abdullayla görüşdü

Azərbaycanın İraqdakı səfirliyinin konsulu Zəbi Axundov həmin ölkədə uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib, nəvaziş və qayğı ilə onunla söhbət etməyə çalışıb.

Bu barədə XİN məlumat yayıb. Bildirilir ki, azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib. Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı səfirliyimizin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir.

Həmçinin qeyd edilib ki, səfirlik İraqda bu kimi vəziyyətlə üzləşmiş digər soydaşlarımızın da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir və bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir.sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib.

Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı Azərbaycan səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir.

Şərhlər

XƏBƏR LENTİ