SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda “itkin düşən” yol polisi əməkdaşı DİN-dən çıxarılacaq

Bakıda “itkin düşən” yol polisi əməkdaşı DİN-dən çıxarılacaq

Tarix:

5-02-2017, 17:22

/ 1 920 dəfə oxundu.
Bakıda “itkin düşən” yol polisi əməkdaşı DİN-dən çıxarılacaq

Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən yoxa çıxdığı və sonradan tapıldığı barədə xəbər vermişdik

Xatırladaq ki, o, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və dünən evlərinə qayıdıb.

Məlum olub ki, sözügedən polis axtarıldığından xəbərsiz imiş...

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov virtualaz.org-a bildirib ki, böyük ehtimalla DYP əməkdaşı Əliş Kərimov yol verdiyi səhlənkarlığa görə işdən çıxarılacaq.

Bir daha qeyd edək ki, versiyalardan birində DYP əməkdaşının böyük məbləğdə borclu olduğuna görə gizləndiyi bildirilirdi. Onun qumar oyunlarında uduzduğu deyilirdi.

* * *

BDYPİ-dən verilən məlumata görə, itkin polis artıq tapılıb.

Məlum olub ki, o, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və bu gün evlərinə qayıdıb.

Ə.Kərimov axtarıldığından xəbərsiz olub.

* * *

Bakıda yol polisinin əməkdaşı oğurlanıb. Hadisə fevral ayının 2-dən 3-nə keçən gecə baş verib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inspektoru Əliş Kərimov idarə etdiyi 90-YP-460 dövlət qeydiyyat nişanlı "Kia" markalı xidməti avtomobil ilə birlikdə oğurlanıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ə.Kərimov Yol Patrul Xidmətinə məxsus xidməti avtomobili idarə edən zaman yolda dayandırılıb və avtomobilindən çıxarılaraq zorla naməlum dövlət qeydiyyat nişanlı "Mercedes" markalı maşına əyləşdirilib. Fevral ayının 3-də 90-YP-460 dövlət qeydiyyat nişanlı "Kia" markalı xidməti avtomobil Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində tapılıb. Avtomobilin içərisində isə nəlayiq və hədə-qorxu xarakterli ifadələr yazılmış kağız parçası tapılıb.

Oğurlanan polis əməkdaşına məxsus mobil telefon isə sim kartsız halda Yasamal rayonu ərazisindəki Qanlı gölun ətrafında aşkarlanıb. Bakı şəhər ərazisində təhlükəsiz şəhər kameralarına baxış zamanı dövlət qeydiyyat nişanının görünməsi məhdudlaşdırılan "Mercedes" markalı avtomobilin Yol Patrul Xidmətinə məxsus avtomobilin arxası ilə hərəkət etdiyi məlum olub. Araşdırmalar nəticəsində naməlum qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin şəhər ərazisində yalnız iki kameranın obyektivinə düşdüyü aydın olub.

Oğurlanan polis inspektorunun axtarışı davam edir. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov bildirib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi Hissəsinin sürücüsü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib. Mətbuat xidmətinin rəhbəri hadisə barədə əlavə məlumat verməyib və araşdırmaların davam etdiyini söyləyib.

Qeyd edək ki, 90-YP-460 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsus xidməti maşındır. Oğurlanan inspektor Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.

Şərhlər

XƏBƏR LENTİ