SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq

Tarix:

20-09-2017, 14:43

/ 54 652 dəfə oxundu.
Sabah 36 dərəcə isti olacaq

Sentyabrın 21-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ