XalqXəbər.Az

Sinoptiklər növbəti iki gün üçün hava proqnozunu açıqladı

Sinoptiklər növbəti iki gün üçün hava proqnozunu açıqladı
12-09-2017, 11:23

“Növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq hava şəraitində dəyişiklik gözlənilmir”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti iki gün ərzində hava şəraiti, əsasən, yağmursuz keçəcək: “Cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 28-32, Mərkəzi aran rayonlarında 33, dağlarda 20-25 dərəcə isti olacağı gözlənilir”.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.