SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yanacaqdoldurma məntəqələrinin yeni fırıldağı - İDDİA

Yanacaqdoldurma məntəqələrinin yeni fırıldağı - İDDİA

Tarix:

11-09-2017, 11:35

/ 41 881 dəfə oxundu.
Yanacaqdoldurma məntəqələrinin yeni fırıldağı - İDDİA

Yanacaqdoldurma məntəqələri yeni fırıldağa əl atıblar.

Onlardan bəziləri yanacağın miqdarını artırmaq üçün benzinə maye qaz qatır. Bu da sonradan avtomobildə müxtəlif texniki problemlərin yaranmasına səbəb olur.

Məsələ ilə bağlı açıqlama verən texniki ekspert Roman Rüstəmov bildirir ki, benzinə maye qaz qatılması standarta ziddir:

“Yanacaqdoldurma məntəqələri benzinin daha ucuza başa gəlməsi üçün bu addım atırlar. Əslində, benzinə maye qaz qatılmamalıdır. Amma hər yerdə bunu edirlər. Onlar hardasa 1 litr benzinə 200-300 qram maye qaz qatırlar. Benzinin tərkibinə maye qaz qatılan zaman mühərrikin porşeni tədricən sırdan çıxır. Avtomobildə fəsadlar yaradır. Benzinə maye qaz qatıldığını onun iyindən bilmək mümkündür”.

Metbuat.az

Şərhlər

XƏBƏR LENTİ