SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının mərkəzində erməni bolşeviklərinin adına klub açıldı – VİDEO

Bakının mərkəzində erməni bolşeviklərinin adına klub açıldı – VİDEO

Tarix:

8-09-2017, 12:34

/ 92 836 dəfə oxundu.
Bakının mərkəzində erməni bolşeviklərinin adına klub açıldı – VİDEO

Ötən əsrin 20-ci illərində Azərbaycan xalqına qarşı qətliamlar törədən, üzvləri arasında erməni daşnaklarının da olduğu 26 Bakı komissarının adına paytaxtda klub açılıb. Özü də vaxtı ilə "26-lar" adı ilə tanınan indiki ''Sahil'' bağının yaxınlığında.

Məlumata görə, bu barədə Xəzər TV-yə tarixçi alim Dilavər Əzimli məlumat verib.

TV-nin əməkdaşları alimin dediyi məkanda olub. Həqiqətən də, restoranın girişində rəqəmlə 26, digər tərəfində isə ingiliscə 26 sözü yazılıb. Restoranın sahibi Ramin Məmmədov alimin fikirləri ilə razılaşmır.

Tarixçi alim Dilavər Əzimliyə görə, məhz bu ərazidə belə adla restoranın açılması şübhələri daha da artırır. Eyniadlı restoran paytaxtın başqa yerində də aça bilərdi.

Ramin Məmmədov deyir ki, əgər bağın adını verəsi olsaydı, hazırkı adı, yəni “Sahil” qoyardı. O, vətən xaini olması ilə bağlı sosial şəbəkələrdə səsləndirilən iddialarla da razılaşmır.

Tarixçi alim Dilavər Əzimli hesab edir ki, müvafiq qurumlar bununla maraqlanaraq, məsələni dəqiq araşdırmalıdırlar.

Şərhlər

XƏBƏR LENTİ