SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gecə-gündüz aparılan təbliğatın içi boş çıxdı

Gecə-gündüz aparılan təbliğatın içi boş çıxdı

Tarix:

4-09-2017, 14:24

/ 60 286 dəfə oxundu.
Gecə-gündüz aparılan təbliğatın içi boş çıxdı

Avqust ayının axırlarında Gürcüstanda yanğın hadisəsi baş verdi. “Yardımsevər” hökumətimiz dərhal qonşu ölkəyə yardım etmək qərarı verdi. Beləliklə, Barjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsi üçün FHN-nin 15 texnikası, o cümlədən 1 helikopteri və 126 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edildi.
Əlbəttə, çətinə düşənə yardım etmək müsbət haldır və dövlətin imicinə yaxşı təsir edir. Bu mənada Gürcüstana kömək əli uzatmaq da təqdirəlayiqdir.
Amma hökumətin bütün fəaliyyəti kimi “yardımetmə ənənəsi” də ziddiyyətlərlə doludur. Məsələn, Gürcüstandakı 52 kilsəyə pulsuz qaz verilir, hətta erməni kilsələrinə də. Amma qışın soyuğunda ölkə vətəndaşları qazsızlıqla sınağa çəkilir, qazın qiyməti 100 faiz artırılır.
İndi isə bir neçə gündür Qəbələdə güclü meşə yanğınları davam edir və yanğının miqyası artmaqdadır. Amma məlum olur ki, yanğının söndürülməsinə 1ədəd helikopter, 36 ədəd texnika və canlı qüvvə sərf olunub. Yəni, yanğının söndürülməsi əsasən canlı qüvvənin üzərinə düşüb.
Halbuki, Gürcüstana 1 helikopter göndərilmişdisə, Qəbələdə 10 helikopter ysnğın söndürülməsinə cəlb edilməliydi. Yaxud, daha çox texnika olmalıydı.
Göründüyü kimi, FHN ətrafında aparılan təbliğatın içi boş imiş. Gecə-gündüz nazirliyin ən son tenxnikalara sahib olması, ən çətin vəziyyətlərə fövqəladə hazırlığı barədə məlumatlar verilir. Amma belə görünür ki, Fövqəladə Hallar fövqəladə hallara hazır deyil. Sual meydana çıxır ki, texnika alınmasına görə büdcədən ayrılan milyonlar hara xərclənib. Yaxud, həqiqətən də son model texnikalar alınıbsa, niyə yanğının söndürülməsi 1 helikopterin ümidinə qalıb?
Bir vətəndaş balaca obyekt tikdirən kimi FHN-in nümayəndələri dərhal başının üstünü kəsdirir, amma yanğının başının üstündə cəmi 1 helikopter kəsdirib. Görünür, meşə yanğını hökumət üçün fövqəladə hal sayılmır.

Şərhlər

XƏBƏR LENTİ