SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanlı idmançı Livanda faciəvi şəkildə öldü - Meyidi verilmir

Azərbaycanlı idmançı Livanda faciəvi şəkildə öldü - Meyidi verilmir

Tarix:

31-08-2017, 09:26

/ 142 584 dəfə oxundu.
Azərbaycanlı idmançı Livanda faciəvi şəkildə öldü - Meyidi verilmir

Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib.

Bu barədə gənc idmançının dostları sosial şəbəkələrdə məlumat veriblər.

İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib:

"Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”.

X.Əliyevin Naxçıvanın Şərur rayonundan olduğu, Ordubadda internatda böyüdüyü bildirilir.

Şərhlər

XƏBƏR LENTİ