SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının daha iki parkında pulsuz "Wi-Fi" işə salınıb

Bakının daha iki parkında pulsuz "Wi-Fi" işə salınıb

Tarix:

30-08-2017, 17:42

/ 158 521 dəfə oxundu.
Bakının daha iki parkında pulsuz "Wi-Fi" işə salınıb

“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Səməd Vurğun və Muğan parklarınadək genişləndirib.

Bu barədə şirkətdən məlumat verilib.

Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər parkı, Sahil, Axundov, Sabir, Xaqani və Hüseyn Cavid bağları daxildir.

Yaxın zamanlarda pulsuz "Wi-Fi" "Dədə Qorqud" parkında da işə salınacaq.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.

Şərhlər

XƏBƏR LENTİ