SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Apelyasiya Məhkəməsi Mehman Əliyevi həbsdə saxladı

Apelyasiya Məhkəməsi Mehman Əliyevi həbsdə saxladı

Tarix:

30-08-2017, 17:05

/ 160 120 dəfə oxundu.
Apelyasiya Məhkəməsi Mehman Əliyevi həbsdə saxladı

Bakı Apelyasiya Məhkəməsində "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin şikayətinə baxılıb.

Məhkəmə jurnalistin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı apelyasiya şikayətini təmin etməyib. Bununla da Mehman Əliyevlə bağlı Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, M.Əliyev avqustun 25-də Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb.

Avqustun 26-da isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq, eyni əməllər) maddəsi ilə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ