SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Temperatur iqlim normasını keçdi (AÇIQLAMA)

Temperatur iqlim normasını keçdi (AÇIQLAMA)

Tarix:

29-08-2017, 17:21

/ 57 128 dəfə oxundu.
Temperatur iqlim normasını keçdi (AÇIQLAMA)

Hava temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

"Yaxın 2 gün ərizndə paytaxt və rayonlarda hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyinin əsəcəyi ,arada güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə saatlarında müsbət 21-25, gündüz saatlarında 31-36 dərəcə olacaq.

Hava şəraitinin əksər rayonlarda yağmursuz olacaqı gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturunun günorta saatlarında 33-38, dağlıq ərazilərdə 25-30 dərəcə arasında dəyişəcəyi gözlənilir."

G.Məmmədovanın qənaətinə görə, əvvəlki illərdə olduğu kimi, avqust ayında temperatur həm bir qədər yüksək olur, həm də aşağı enməsi müşahidə olunur. Bununla belə, o bildirdi ki, hazırda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Şərhlər

XƏBƏR LENTİ