SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Telekanal rəhbərinin həbs müddəti artırıldı

Telekanal rəhbərinin həbs müddəti artırıldı

Tarix:

29-08-2017, 15:38

/ 56 125 dəfə oxundu.
Telekanal rəhbərinin həbs müddəti artırıldı

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay uzadılması ilə bağlı qərar qəbul edilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsinin müstəntiqinin təqdimatı təmin edilib.

Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Əziz Orucovun barəsində bu ilin iyulun 1-də cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsində araşdırılır.

Şərhlər

XƏBƏR LENTİ