SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azercell”-dən jurnalistlərə qarşı — ŞOK FIRILDAQ - FOTO

“Azercell”-dən jurnalistlərə qarşı — ŞOK FIRILDAQ - FOTO

Tarix:

28-08-2017, 11:16

/ 58 582 dəfə oxundu.
“Azercell”-dən jurnalistlərə qarşı — ŞOK FIRILDAQ - FOTO

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları ərəfəsində “Azercell Telekom” MMC şirkəti tərəfindən bir qrup jurnalistə hədiyyə edilən mobil “MIFI” cihazlarına istifadə edilmədiyi halda 50 manata yaxın borc yazılıb.
“Ölkə.Az”-ın məlumatına görə, “Azercell Telekom” MMC tərəfindən sözügedən cihazı hədiyyə alan jurnalistlərin bir çoxunun adına 50 manata yaxın borcu olması barədə poçtla bildiriş göndərilib. Bildirişdə borcun yaranması cihazdakı internetin bağlanılmaması ilə əsaslandırılır. Halbuki, jurnalistlərə sözügedən cihaz hədiyyə edilərkən adlarına borc gəlməyəcəyi və üç aylıq pulsuz internet istifadə edildikdən sonra cihazın avtomatik bağlanılacağı söylənilib.

Məsələ ilə bağlı “Azercell Telekom” MMC-nin mətbuat xidməti ilə əlaqə saxlasaq da, telefonlarımıza cavab verən olmayıb.
“Azercell”-dən jurnalistlərə qarşı — ŞOK FIRILDAQ - FOTO
“Azercell”-dən jurnalistlərə qarşı — ŞOK FIRILDAQ - FOTO

Şərhlər

XƏBƏR LENTİ