SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarıldı

Yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarıldı

Tarix:

27-08-2017, 20:40

/ 53 588 dəfə oxundu.
Yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarıldı

Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin silah–sursat anbarında baş verən yanğın və partlayış səbəbindən təxliyə olunmuş kənd sakinləri artıq daimi yaşayış yerlərinə qaytarılıblar.

Bu barədə Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, əhalinin müvəqqəti olaraq təhlükəsiz yerlərdə yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatlarının təmin edilməsi üçün tədbirlər davam etdirilir.

Xatırladaq ki, silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhali təxliyə olunmuşdu.

Şərhlər

XƏBƏR LENTİ