SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Arif Qasımovla “İndigo” özəl bağçasını nə birləşdirir?

Arif Qasımovla “İndigo” özəl bağçasını nə birləşdirir?

Tarix:

26-08-2017, 15:56

/ 87 186 dəfə oxundu.
Arif Qasımovla “İndigo” özəl bağçasını nə birləşdirir?

Nizami rayonunda Ş.Mirzəyev küçəsi 106 ünvanında yeni inşa edilən hündürmərtəbəli binanın birinci və ikinci mərtəbəsində yerləşən “İndigo” özəl bağçasının Qara Qarayev filialının açılışı olub.
Açılış mərasiminə şəxsən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov özü qatılıb. İcra başçısı dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb, təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib.
“İndigo” özəl bağçasını sözün əsl mənasında reklam edən icra başçısı rayon ərazisindəki dövlət balansında olan bərbad bağçaların vəziyyətindən heç söz açmayıb. Maraqlıdır, Nizami rayonunda onlarla təmirsiz, yararsız uşaq bağçaları nə zaman təmir olunacaq? Bəh-bəhlə özəl bağçanın açılışına gedən icra başçısı Nizami rayonunda olan diğər problemləri niyə bəh-bəhlə həll etmək istəmir?
Daha bir incə məqam isə, icra başçısının özəl bağçanın açılışında iştirakıdır. Əcəba, nədən icra başçısı hansısa biznesmenin özəl bağçasının açılışına qatılmalıdır? Kimdir bu bağçanın sahibi? Niyə adı çəkilmir? Bu bağçada kasıb övladıarı üçün hansı endirimlər olacaq? Kasıb övladı bu bağçada təhsil ala biləcəkmi?
Birmənalı olaraq bunun cavabı YOXdur. Azərbaycanda hamı əla bilir ki, özəl bağçalarda təhsil azı 150-200 manatdan başlayır. İcra başçısının açılışına qatıldığı bu bağçada ancaq imkanlı şəxslərin övladları təhsil alacaq. Kasib övladları isə sovet dövründən qalan qismən hala gətirilmiş dövlət bağçasında yenə yağsız sup yeməklə gününü keçirəcək.

P.S

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov özəl bağçanın açılışına qatılmaq üçün vaxt tapa bilir, amma problemi olan insanları dinləməyə vaxt tapa bilmir? Hər gün 10-larla insan öz problemlərinin həlli üçün icra hakimiyyəti binasının qarşısında boyunlarını bükərək gözləyirlər.
Yuxarıdan gələn cavab isə budur – icra başçısı tədbirdədir… Hansı tədbirdədir? Özəl bağçanın açılışında?

Bizimxeber.az

Şərhlər

XƏBƏR LENTİ