SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu avtomobil yolu 3 gün bağlı olacaq - Xəbərdarlıq

Bu avtomobil yolu 3 gün bağlı olacaq - Xəbərdarlıq

Tarix:

8-08-2017, 16:57

/ 77 229 dəfə oxundu.
Bu avtomobil yolu 3 gün bağlı olacaq - Xəbərdarlıq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC -dən daxil olan məlumatda qeyd edilir ki, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün avqust ayının 11- nə kimi qüvvədə olacaq.

Qurum vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

Şərhlər

XƏBƏR LENTİ