SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İşsizlikdən sığorta haqqında” fərmanı imzalandı

“İşsizlikdən sığorta haqqında” fərmanı imzalandı

Tarix:

7-08-2017, 19:39

/ 55 158 dəfə oxundu.
“İşsizlikdən sığorta haqqında” fərmanı imzalandı

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

1. həmin Qanunun 8-ci maddəsinə uyğun olaraq, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasını;

2. həmin Qanunun 17.8-ci maddəsinə uyğun olaraq, fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydasını və hesabatın formasını;

3. həmin Qanunun 17.9-cu maddəsinə uyğun olaraq, sığorta ödənişinin verilməsi qaydasını;

4. həmin Qanunun 18.0.7-ci maddəsinə uyğun olaraq, sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi qaydasını;

5. həmin Qanunun 19.0.2.6-cı maddəsinə uyğun olaraq, sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi qaydasını;

6. həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, işsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması qaydasını;

Nazirlər Kabinetinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Qanundan irəli gələn digər məsələləri həll etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını və ərizəyə əlavə olunan sənədlərin siyahısını üç ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, işsizlikdən sığorta fondunun hər il üçün büdcəsinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanıb təqdim edilməsini təmin etsin.

Şərhlər

XƏBƏR LENTİ