Zəlzələ avtobusların hərəkət intervallarına necə təsir edib? - AÇIQLAMA

Zəlzələ avtobusların hərəkət intervallarına necə təsir edib? - AÇIQLAMA Dekabrın 7-də qeydə alınan zəlzələ sərnişindaşımalar üzrə avtobusların hərəkət intervallarına təsir göstərməyib.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, avtobuslar gündəlik hərəkət qrafikinə uyğun olaraq fəaliyyət göstərirlər.

Abşeron rayonu və Sumqayıt şəhərinin nəqliyyatında da marşrutlar üzrə avtobusların hərəkətində gecikmələr müşahidə edilmir.

Bildirilib ki, Monitorinq Mərkəzi marşrut avtobuslarının izlənməsini həyata keçirir və nəqliyyat vasitələrinin hərəkət qrafiki nəzarətdə saxlanılır.
Geri qayıt