Ermənistan əsir hərbçimizə ömürlük həbs cəzası verdi

Ermənistan əsir hərbçimizə ömürlük həbs cəzası verdi  Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

Bu barədə erməni KİV məlumat yayıb. 

KİV Hüseyn Axundovun cəzasının artırıldığını bildirib: "Apellyasiya Cinayət Məhkəməsində hakim Qriqor Hovhannisyanın sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilib, birinci instansiyanın hökmü qismən ləğv edilib və Axundov barəsində ömürlük həbs cəzası verilib".
Geri qayıt