Valideynlər arasında konflikt uşaqlarda travma yaradır - Nazir

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Nazir qeyd edib ki, məktəblərin təhlükəsizliyi baxımından Elm və Təhsil Nazirliyinin ən uğurlu layihəsi “Məktəblinin dostu”dur:
“Bu layihənin əhatə dairəsi genişləndirilir. Çünki məktəblərdə xoşagəlməz hallardan sığortalanmamışıq”.