Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında

Qonaqlar SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.
Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi ilə yaxından tanış olan qonaqlara məlumat verilib ki, festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışır.
Qeyd edək ki, festival dekabrın 8-dək davam edəcək.







