44 günlük savaş Tehranı buna məcbur etdi -

Bunu İran parlamentinin erməni deputatı Robert Beqlaryan deyib.
Onun sözlərinə görə, müharibədən sonra regional tarazlığın dəyişməsi və yeni çağırışların yaranması İrəvan və Tehranı əlaqələri, o cümlədən təhlükəsizlik sahəsində genişləndirməyə məcbur etdi:
“İran üçüncü qüvvələrin və oyunçuların regional məsələlərə qarışmasından çox ehtiyatlanır və bunu özü üçün çağırış hesab edir. Tehran regional məsələlərin regional qüvvələr tərəfindən həll edilməli olduğuna əmindir”.