Ələt-Astara avtomobilin yolunun Cəlilabad rayonundan keçən hissəsində yol qəzası baş verib. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.