Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq

Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın sakinlərinə və qonaqlarına xəbərdarlıq edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, tədbir Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində, eləcə də xarici və xarici vətəndaşların əsas marşrut xətlərində keçiriləcək. Sammitin yerli qonaqları paytaxtın mərkəzi prospektləri və küçələri ilə hərəkət edəcəklər.
“Sammitin yüksək səviyyədə və təhlükəsiz şəraitində keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusən də sürücülərdən xahiş edirik ki, şəhər mərkəzinə gedərkən ictimai nəqliyyata üstünlük versinlər və tədbir günlərində imkan daxilində şəxsi avtomobillərdən istifadəni azaltsınlar.
Qonaqların tədbir yerlərinə rahat və təhlükəsiz hərəkəti və bu prosesin idarə olunması üçün Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Həsənoğlu və Təbriz küçələrindən hərəkət zamanı müvəqqəti məhdudlaşmaları nəzərə almağı xahiş edirik”, - deyə Araz Əsgərli vurğulayıb.