Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR

"Report"un Şimal bürosunun məlumatına gorə, bu vəzifəni Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının keyfiyyətə nəzarət sektorunun müdiri Pərviz Məhsimov icra edəcək.
Bu barədə TƏBİB-in İcraçı direktorui Vüqar Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev bu il avqust ayının 31-də ürəktutmasından vəfat edib.